Manşet Siyasət

İlham Əliyev Trampa və Corc Buşa başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 43-cü Prezidenti Corc Uoker Buşa da başsağlığı verib.

Zirveyolu.info xəbər verir ki, başsağlığında bildirilir:

“Zati-aliləri, atanız – Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı xəbərindən son dərəcə kədərləndim.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir