Yanvar ayında muxtar respublikada 8 milyon 229 min 400 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Ötən ay diri çəkidə ət istehsalı 2028 tonu, süd istehsalı isə 2005 tonu ötüb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb.