Kriminal

Suriyada döyüşən azərbaycanlının şikayətinə baxılmadı

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Mahir Musayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report” istinadən xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, M.Musayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Mahir Musayev və Şükür Babayev Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndiriliblər. Onlar 2016-cı ildə həbs edilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Musayev 15 il, Ş.Babayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir