Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva polisə müraciət edəcək.
Rəqqasə bu barədə özü xəbər verib. O bildirib ki, sosial şəbəkədə onun qızının adından saxta profil açılıb:
“Özünü şəxsiyyət bilən insanlardan dönə-dönə üzür istəyirəm. Bu qədər olar? Nə istəyirsiniz məndən? Allah sənin bəlanı versin, niyə bu qədər paxılsınız, kiminsə xoşbəxt olmağına sevinmirsiniz? Sənin görəsən övladın var? Səni polisə verəcəm. Mənə dayanmadan mesajlar yazırsınız, çox sağ olun ki, mənə dəstək olursunuz. Amma bunu tapacam, söz verirəm. Bilsəniz ki, bu insan hər kəsin paylaşımının altına nələr yazır. Sən yazmağında ol”.