Səhiyyə

Uşağın sağlam olması üçün nə etməli? – Məşhur ukraynalı pediartdan 10 SUPER məsləhət

Bütün analar istəyər ki, uşağı sağlam böyüsün və mümkün qədər az xəstələnsin, ümumiyyətlə isə ağrımasın. Bəs bağçaya, məktəbə gedən uşağı mikrob, virus və müxtəlif  infeksiyalardan qorumaq mümkündürmü?

“Əlbəttə mümkündür” – deyə məşhur ukraynalı pediatr Yevgeni Komarovski düşünür.

Milli.Az medicina.az-a istinadən təcrübəli pediatrın valideynlər üçün 10 məsləhətini təqdim edir:

Mümkün qədər təmiz hava

Uşağınızı mümkün qədər təmiz havaya çıxarın. Buna görə də televizora, kompyuterə və bənzər qurğulara “yox” deyin, uşağı da götürüb parka, uşaqlar üçün təmiz havada nəzərdə tutulmuş əyləncə mərkəzlərinə yollanın.

Yadınızda saxlayın: qaçmaq, tullanmaq, yellənmək, sürüşmək, futbol oynamaq uşağın “işidir”. Deməli onu elə geyindirmək lazımdır ki, aktiv hərəkət edə bilsin və tərləməsin.

Yayda uşağı ən məşhur, elit kurort mərkəzlərinə yox, kəndə aparın. Güclü immunitet üçün təmiz havadan, ağacdan dərilmiş meyvədən, inəkdən indicə sağılmış süddən, çayda çimməkdən və ot üstündə ayaqyalın qaçmaqdan yaxşı heç nə ola bilməz.

Nənə və babayla keçirdiyi yay ərzində yığdığı enerji uşağınıza 1 il üçün bəs edəcək.

“Təmizlik, təmizlik” deyib uşağı bezdirməyin

Yüksək gigiyena qaydaları ilə böyüdülən, təmizliyə öyrəncəli uşaq virus və mikroblar üçün ideal “yer”dir. Az miqdarda toz və çirk onun immun sistemini çökdürə bilər.

Buna görə də gəzməyə gedəndə, alma əlindən yerə düşərsə, onu götürüb salfetlə silin və verin yesin. Qorxulu heç nə olmayacaq.

Apteklərdə satılan dərmanlarla başınızı qatmayın

Çünki bu, bütün hallarda kimyəvi maddələrdən hazırlanır. Çalışın ki, uşaq bütün vacib vitaminləri təbii yolla – meyvələrdən, tərəvəzlərdən, göyərtilərdən əldə etsin.

Uşağı məcburən yedizdirməyin

Əgər uşaq sağlamdırsa, amma yemək istəmirsə, deməli gunah valideynlərdədir. Yemək istəmirsə, uşağa top verin oyansın, qaçsın, tullansın. Onda görəcəksiniz ki, uşaq özü “ana, yemək istəyirəm” deyə qışqıracaq.

Çox şirniyyat yeməsinə icazə verməyin

Tez həzm olan karbohidratlar – bu, kökəlmənin başlanğıcını qoyan ilk şeylərdir. Ona görə də şokoladları, pirojnaları, tortu rədd edin. Koka-kola da həmçinin. Salam olsu almaya, banana, üzümə, heyvaya, nara və digər meyvə-giləmeyvələrə.

Bağırsağının mütəmadi olaraq işlədiyinə nəzarət edin

Daimi qəbizlik, yaxud işləmə uşağın immunitetini zəiflədir. Buna görə də uşağın bağırsağı saat kimi işləməlidir. Belə olması üçün də uşağın rasionunda daima liflər – manna sıyığı, tərəzəvlər, tam taxıl çörəyi olmalıdır.

Uşaq otağını optimal rejimdə saxlayın

Orqanizm üçün ən yaxşı temperatur 20 dərəcədir. Havanın nəmliyi isə 50 faizdən az olmamalıdır. Uşaq otağını tez-tez silməyi, havalandırmağı unutmayın. Bunu xüsusən də uşağı yatmağa aparmazdan əvvəl edin.

Toz yığan hər şeyi – xalça, ağır ədyallar, yumşaq mebeli uşağın otağından mütləq çıxarın. Çünki onlar tez-tez allergiya yaradırlar.

“Uşaq xəstəlikləri”ndən qorxmayın

Çox valideyn uşağı bağçaya qoyub-qoymamaqda tərəddüd edir. Buna səbəb isə onun su çiçəyi, yaxud qızılca olmasından ehtiyat etmələridir. Bundan çəkinmək lazım deyil. Uşaq bağçada olmasa belə, məktəbdə bu infeksiyanı mütləq qapacaq. Uşaq nə qədər böyük olarsa, bu xəstəliyi bir o qədər ağır keçirəcək. Buna görə də “uşaq xəstəlikləri”nin elə lap uşaqlıqda keçirilməsi daha faydalıdır.

Uşağı bağça mühitinə əvvəldən hazırlaşdırın

Onu bağça rejiminə keçirin. Bağça saatında yatırdın, bağça saatında yedirdin. Uşağın başqa uşaqlarla ünsiyyətini məhdudlaşdırmayıb. Tez-tez baba-nənəsinin yanında qalmasına icazə verin.

Belə olarsa, körpəniz bağçaya daha tez alışacaq. Psixoloji stresdən uzaq olacaq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir