Suriyanın Palmira şəhəri yaxınlığında terrorçular tərəfindən qoyulan mina partlayıb.
“RİA Novosti”yə istinadən xəbər verir ki, Arak yaşayış məntəqəsində baş verən partlayış nəticəsində 8 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.
Qeyd edilir ki, mina İŞİD terror qruplaşmasını üzvləri tərəfindən qoyulub.
Xatırladaq ki, bu gün Suriyanın Hama əyalətində iki uşaq minaya düşərək həlak olub.