Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilir.
Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” evdə “Yenisey”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Şeydayev 80-ci dəqiqədə Sergey Kornilenkonun yerinə oyuna daxil olub. 23 yaşlı hücumçu 81-ci dəqiqədə komandasının 4-cü qoluna imza atıb.
Bu nəticədən sonra “Krılya Sovetov” turnir cədvəlində 21 xalla 13-cü pillədə qərarlaşıb. “Yenisey” isə 11 xalla sonuncu – 16-cı yerdədir.
Qeyd edək ki, Ramil Şeydayev ötən turda “Lokomotiv”lə görüşdə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb.