Kriminal

Mübahisəyə görə tutulanlardan həblər aşkarlandı

Mingəçevir şəhərində mübahisə etdikləri üçün saxlanılan gənclərin üzərində narkotik tərkibli həblər aşkarlanıb.

DİN istinadən xəbər verir ki, martın 19-da Mingəçevir şəhərinin A.Məmmədov küçəsində xidmət aparan polis əməkdaşları ictimai asayişi pozan 2 nəfəri saxlayaraq şöbəyə gətiriblər.

Araşdırmalarla onların Mingəçevir sakini Ə.İsgəndərov və Göyçay rayon sakini R.Kərimov olduqları müəyyən edilib. Şəxsi axtarış zamanı R.Kərimovdan 20 ədəd tramadol, 6 ədəd lirika və 2 ədəd mamba həbləri aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir