Manşet Təhsil

Deputat İsmayıllı gəncləri ilə görüşdü – Foto

Novruz Aslanov aprelin 11-də İsmayıllı rayonunda Peşə Tədris Mərkəzində və İsmayıllı Humanitar və Texnologiya Kollecində tələbələr və müəllim heyəti ilə görüş keçirib. Hər iki tədris müəssisəsinin akt zalında keçirilən görüşdə 400 nəfərə yaxın gənc iştirak edib.

Modern.az xəbər verir ki, tədbiri müəssisə rəhbəri açaraq rayonda təhsil sahəsində görülən işlər barədə məlumat vermiş və gənclərin müxtəlif peşələrə maraqlarının daha da artmasını bildiriblər.

Novruz Aslanov öz çıxışında dövlətin gənclərə qayğısından və bu sahədə aparılan islahatlardan, gənc kadrlara yaradılan şəraitdən, onların müxtəlif yerli və beynəlxalq səviyyəli layihələrə cəlb olunmasından söhbət açıb. Xüsusilə respublikada geniş vüsət almış könüllülük hərəkatını önə çəkərək bu sahədə görülən işlər barədə məlumat vermiş, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülük sahəsində olan bir əsrlik təcrübəsindən danışıb. Böyük maraqla izlənilən çıxışdan sonra gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmış və deputat ona ünvanlanan suallara izahlı cavablar verib.

Rayon gəncləri ilə keçirilən bu möhtəşəm görüşə görə millət vəkilinə təşəkkür edən gənclər belə görüşlərin tez-tez keçirilməsini istədiklərini bildiriblər. Novruz Aslanov gənclərlə hər zaman görüşə hazır olduğunu bildirərək onun fəaliyyətində bu sahənin mühüm yer tutduğunu gənclərin diqqətinə çatdırıb.

Görüşdən sonra deputat Peşə Tədris Mərkəzində rayon sakinlərini qəbul etmiş, onların problemləri ilə maraqlanıb. Bir neçə şəxsi məişət problemi yerində həll olunub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir