Azərbaycanda dünyanı şoka salacaq hadisə baş verəcək.
Üçəm və daha çox uşağın dünyaya gəldiyi barədə xəbərlərə istər yerli, istərsə də xarici mediada tez-tez rast gəlmişdik. Lakin bu xəbər eşidənləri məəttəl qoymaqda davam edir.
Azərbaycanda hamilə qadın 7 körpə dünyaya gətirəcək. Bu barədə ginekoloq Natiq Məhərrəmov məlumat verib:
“Mənim təcrübəmdə 5 hamiləliyi olan xəstəm olub. Amma rekord bunu demək istərdim ki, uşaqlıq boşluğunda düz yeddi uşaq saya bilirik. Xanım bizə müraciət edib, qarnındakı ağrılara görə narahat idi”.
|