Cəmiyyət Manşet

Kəramətlə dostunu kafedə döyüblər

Gənc yazıçı, jurnalist Kəramət Böyükçöl ( Nəcəfov)  döyülüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə dostu 1986-cı il təvəllüdlü Şamil Paşayev Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Belə ki, aprelin 11-i gənc yazıçı dostu Ş. Paşayevlə birgə Yasamal rayonunda yerləşən “Port Röyal ” kafesində tanımadıqları 10 nəfərə yaxın şəxslə mübahisə edib. Bu zaman Kəramətlə dostunu xuliqanlıq zəminində döyərək xəsarət yetiriblər.

Faktla bağlı polis bölməsində araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir