Manşet Şou biznes

“Rüfəti efirdən biz çıxartdırmamışıq, şuranın buna səlahiyyəti yoxdur” – Açıqlama

Xəbər verildiyi kimi Milli Televizya və Radio Şurasının “Hər səhər” verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyduğu müğənni rüfət Axundov bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində Rüfət Axundov qonaq olub. Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub.

Bununla bağlı Redaktor.az saytına açıqlama verən MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev isə söyləyib ki, bununla bağlı dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb.

Milli Televiziya və Radio Şurasının telekanalların daxili yaradıcılıq işlərinə qarışmaq səlahiyyətinin olmadığını nəzərə alaraq Bizimyol.info şuranın aparat rəhbəri Asəf Hacıyevlə yenidən əlaqə saxlayıb və o mətbuatda verdiyi açıqlamanın konteksdən çıxarıldığını, açıqlamanın dorğu şəkildə oxuculara təqdim olunmadığnı bildirib:

“Mətbuat hərdən elə şeylər yaxır ki, adam çıxılmaz vəziyyətdə qalır. Yazırlar ki, MTRŞ qərarı ilə Rüfət Axundov efirdən uzaqlaşdırıldı. Ay qardaş, nə qərar, nə efirdən uzaqlaşdırmaq? Sonradan mən zəng edirəm deyirlər ki, başlıq elə gedib və s. Sabah mənə deyəcəklər ki, açıqlama vermisən ki, MTRŞ qərarı ilə uzaqlaşdırılıb, hansı qərarla uzaqlaşdırılıb Rüfət Axundov efirdən? Şura heç kimi efirdən çıxartmayıb, biz yalnız telekanallara tövsiyyə edə bilərik”.

Həminin aparat rəhbəri əlavə edib ki, Milli Telviziya və Radio Şurası telekanallarınd axili yaradıcılıq işlərinə qarışa bilməz və şuranın elə bir səlahiyyəti də yoxdur:

“Milli Televiziya və Radio Şurasının vəzifəsi ondan ibarət idi ki, “Space” telekanalında yayımlanan o qeyri-etik ifadələ görə müğənninin yox birbaşa telekanalı cəzalandırdı. Protokol tərtib olundu və protokol da məhkəməyə göndərildi. Qaldı ki, müğənnilərin efirə buraxılmaması məsələsinə, biz telekanallara şifahi olaraq tövsiyə etdik ki, bu insanlar efirdə qeyri-etik ifadələr işlətdiyinə görə verilişlərə dəvə t olunmasınlar. Bundan sonrakı məsələlər isə telekanalın öz üzərinə düşən məsələdir. Bizim səlahiyyətimiz xaricindədir telekanalların daxili yaradıcılıq işlərinə qarışmağımız. Kimi dəvət edirlərsə bu onların öz işləridir, biz sadəcə tövsiyyə etdik.

Bu gün Rüfət Axundov dəvət edilib verilişə və verilişdən uzaqlaşdırılıb, MTRŞ işə qarışıb deyə qələmə vermək düzgün deyil. Rüfət Axundovu efirə dəvət etmək telekanalın özünün problemidir. Şuralıq heç bir problem yoxdur. Məlumat yayırlar ki, güya biz müğənniyə vaxt qoymuşuq ki, 3-5 ay efirə buraxılmasın. Biz konkret olaraq heç kimə müddət qoymamışıq. Sadəcə tövsiyyə etmişik ki, bu insanlar qeyri-etik ifadə işlətdiyinə görə başqalarına dərs olamsı üçün efirə buraxılmasın. Telekanal dəvət edirsə biz niyə onların işinə qarışaq? Bizim elə bir səlahiyyətimiz də yoxdur axı”.

Bizimyol.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir