Türkiyə Rusiya istehsallı S-400 zenit-raket komplekslərini müvəqqəti olaraq Azərbaycanda yerləşdirə bilər.
Zirveyolu.info xəbər verir ki, bu barədə Trend-ə Türkiyə mətbuatına istinadən məlumat verir.
Həmçinin S-440 komplekslərinin müvəqqəti saxlamaq üçün Qətərə göndəriləcəyi istisna olunmur.
KİV yazır ki, Türkiyə hakimiyyətinin hansı ölkəni seçəcəyi hələ müəyyənləşməyib. Rəsmi Ankara bu məlumatı nə təsdiq, nə də təkzib edib.
KİV: Türkiyə hərbçiləri S-400 raketlərinə görə Azərbaycana gələcək
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini (ZRK) almazdan əvvəl hərbçilərinin müvafiq kurs keçməsini təşkil etmək istədiyi bildirilirdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.