Kriminal Manşet

33 yaşlı qadının boğazını kəsdilər – Bakıda DƏHŞƏTLİ QƏTL

Bu gün Bakının Xəzər rayonunda gənc qadın qətlə yetirilib.

BAKU.WS xəbər verir ki, Şağan qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü Kütahi Məlikovanın boğaz nahiyyəsində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

Baş verən hadisə zamanı qadının evdə tək olduğu bildirilib. Onun həyat yoldaşı işdə, 2 övladı isə dərsdə olub.

Xəzər rayon prokurorluğundan BAKU.WS-ə bildirilib ki, qatilin kimliyi məlum deyil.

Publika.az-ın əldə etdiyi məlumata görə, qadın qətldən bir neçə saat əvvəl övladlarını dərsə yola salıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir