Dünya Manşet

Siyəzəndə ölümlə nəticələnən dəhşətli qəza – Minik və yük maşınları toqquşdu

Prezident Rəcəb Tayyib Ərdoğan 5 Yəmən vətəndaşının Türkiyədəki bank hesablarının dondurulması haqqında fərman imzalayıb.
Zirveyolu.info qafqazinfo-ya istinadən xəbər verir ki, fərman “Rəsmi qəzet” nəşrində dərc olunub.
Siyahıda Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh olmaqla, “Husi” qruplaşmasının hərbi komandiri Əbül Xaliq əl-Husi, “Husi” inqilabçılarının ikinci komandiri Abdullah Yəhya əl-Hakim, Yəməndə qiyamçı zeyditlərin rəhbəri Əbdülmalik əl-Husi, keçmiş səfir və briqada generalı Əhməd Əli Abdullah Saleh yer alıb.
Qərar 26.02.2020-ci ilə qədər qüvvədə olacaq.
Xatırladaq ki, 34 il Yəməni idarə edən 75 yaşlı Əli Abdullah Saleh 2017-ci ilin dekabrında paytaxt Sənada döyüşlər zamanı öldürülüb.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir