Dünya Manşet

İntihar etmiş prezidentin tərəfdaşları onun dəfninə gedərkən öldülər

Perunun vəfat etmiş sabiq prezidenti Alan Qarsiyanın partiya yoldaşları onun dəfn mərasiminə gedərkən dəhşətli yol qəzasına düşüblər.
RİA Novosti-nin məlumarına görə qəza nəticəsində 6 partiya üzvü ölüb, 23 nəfər yaralanıb.
Hadisə bu gün yerli vaxtla səhər saat 04:00-da  Limada baş verib.

Amerika Xalq İnqilabçı Alyansının nümayəndə heyətini daşıyan və  içərisində 54 nəfər olan avtobus körpüdə maneəyə çırpılıb. Nəticədə 5 nəfər salondan çölə çıxaraq körpüdən aşağı düşüb.
Qeyd edək ki, 800 min dollarlıq mənimsəmə faktı ilə  ittiham edilən sabiq Peru prezidenti Alan Qarsiya evində saxlanılarkən intihar edib. 69 yaşlı siyasətçi yataq otağında özünü başından silahla vurub. Dərhal xəstəxanaya çatdırılan Qarsiya bir neçə saat komada qaldıqdan sonra həyatını itirib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir