Kriminal Manşet

Bakıda gənc qadının başına oyun açdılar

Bakının Xətai rayonunda gənc qadını döyərək qarət ediblər.

Zirveyolu.info BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə 1980-cı il təvəllüdlü Gülnarə Qədim qızı Əliyeva Xətai rayon Polis İdarəsi 36-cı polis bölməsinə müraciət edib.

Qadın bildirib ki, hadisə aprelin 20-də saat 19 radələrində X.Məmmədov küçəsi 36 saylı ünvanın qarşısında baş verib.

Belə ki, naməlum şəxs ona hücum edib və içərisində 32 manat pul, mobil telefon, su və qaz sayğac kartları olan pul kisəsini əlindən alıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən araşdırma aparılır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir