Ermənistan Ədliyyə Nazirliyinin keçmiş xidmət rəisi, axtarışda olan Miqran Poqosyan Moskvada saxlanılıb.
İnterfaks agentliyinin məlumatına görə, onun Ermənistana ekstradisiyası məsələsi müzakirə olunur.
Miqran Poqosyan külli miqdarda mənimsəmə və vəzifəsəlahiyyətlərində sui-istifadəyə görə axtarışa verilmişdi.
Məhkəmə materiallarına əsasən, o həmçinin öz sürücüsünü və mühafizəçisini Ədliyyə Nazirliyində vəzifəyə təyin edib və onların adına yazılmış maaşın ümumi miqdarı 91 min dolları ötüb.