“Bakı Nəqliyyat Agentliyi ilə bağlı müəyyən problemlər var”.
Sonxeber.az xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Fazil Mustafa söyləyib.
F. Mustafa deyib ki, dayanacaqlar yuyulmur:
“Piyada zolaqlarının böyük hissəsi çəkilmir. Əvvəllər bu səlahiyyət Daxili İşlər Nazirliyində olanda bu sahədə işlər operativ görülürdü. Diqqət edirəm, ancaq ölkə prezidentinin keçdiyi yola piyada keçidləri çəkirlər, yaxud da vəzifəli şəxslərin keçdiyi yolları səhmana salırlar. Məsələn, Sabunçu rayonunun əksər qəsəbələrində piyada zolaqları çəkilmir. Bununla bağlı məsələlərə diqqət edilməlidir”.