“Mançester Yunayted”də qalıb-qalmayacağı müzakirə olunan Pol Poqba ilə bağlı yeni iddia ortaya atılıb.
Zirveyolu.info qol.az-a istinadən xəbər verir ki, Fransanın dünyaca məşhur “L`Equipe” nəşri 26 yaşlı yarımmüdafiəçinin ingilis klubundan ayrılacağını yazıb. Artıq Poqbanın bu barədə komanda yoldaşlarına da məlumat verdiyi bildirilir. Vəziyyəti dəyərləndirən klub rəhbərliyinin fransalı yarımmüdafiəçini satmağa hazır olduğu söylənilir.
Qeyd edək ki, Poqbanın adı son vaxtlar “Real”la hallanır.