Rusiyanın biznes-snifi ilə uçan vətəndaşlarının qarşıdan gələn May bayramlarında gedəcəyi ən məşhur beş istiqamət arasında Bali (İndoneziya), Köln və Münhen (Almaniya), Maldiv adaları ilə yanaşı Bakı şəhərinin də adı var.
“Report” xəbər verir ki, bu barədə “Biletix” onlayn aviabilet axtarış xidmətinin məlumatında qeyd olunub.
Məlumata görə, biznes sinfi ilə Moskvadan uçuşların sayı ötən il ilə müqayisədə 67 faizdən 49 faizə düşüb. Regionlardan isə bu göstərici müvafiq olaraq, 33 faizdən 51 faizə qalxıb.
Regional şəhərlər arasında biznes sinfi üzrə daha çox aviabilet satışı Sankt-Peterburq, Krasnodar, Rostov-na-Donu və İrkutskun payına düşüb.
Eyni zamanda biznes sinfi üzrə aviabilet satışı 22 faiz azalıb.
/Report.az