Türkyənin görkəmli müğənnilərindən Tanju Okanın hər kəs tərəfində üzüntü ilə dinləndiyi məşhur “Kadınım” mahnısının kimə yazıldığı ortaya çıxıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, ondan məcburı şəkildə ayırılmağa vadar etdilən keçmiş həyat yoldaşı Zerrin Doğana həsr edib.
Belə ki, sənətkar Tanju Okan 1967-ci ilin may ayında model Nur Erbay ilə ailə həyatı qurub. Cəmi 1 il davam edən bu evlilikdən onun Tansu adında bir oğlu var.
T.Okan karyerasını zirvəsində olarkən Zerrin Doğanla tanış olur. Bir-birinə aşik cütlüyə Z.Doğanın ailəsinin zəngin olması mane olur. Onlar ilk olaraq bu maneni aşıb 1976-cı ildə evlənsələr də yenidən ayrılmalı olublar.
Əvvəldən bu evliliyə müsbət yanaşmayan Doğan ailəsu sonda istəklərinə nail olublar. Qızlarını Amerikaya göndərməyi qərara alıblar. Tanju Okan bu xəbəri eşidn zaman Zerrinin ailəsinə aid olan villanın qapısında, sabaha qədər gözləyib sevidyi qadının ona verilməsini gözləyib. Ancaq ailə qızları Zerrini köşkün arxa qapısından qaçıraraq bir şəkildə təyyarəyə mindirməyi bacarıb və Amerikaya göndərib.
Sevdiyi qadından ayrılmağa vadar edilən Tanju Okan sonralat içkiyə quşanıb.
Bir gün Tanju Okan ən kədərli anında bir mahnı oxumağa başlayıb. O da illər ötsə də hər kəsin üzülərək dinlədiyi “Kadınım” mahnsı idi.
T.Okan sadəcə bir dəfə səsləndirdiyi “Qadınım” mahnısının üzərinə yenilik əlavə etməyib.
Təsadüfdir ki, sənətkar 1996-cı ildə səhnədə “Kadınım” mahnısını səsləndirdiyi zaman özünü narahat hiss edib və dünyasını dəyişib.