Məşhur aktyor Müşfiq Şahverdiyevi restoranda girov saxlayıblar.
Zirveyolu.info redaktor.az-a istinadən xəbər verir ki, bu haqda sənətçinin özü məlumat verib:“Bir müddət öncə Rusiyadan qonaqlarım gəlmişdi. Onlarla yeyib-içmək üçün restorana getdik. Düşündüm ki, yəqin hesab çox gəlməz, maksimum 300 manat olar. Amma 680 manat gəldi. Şoka düşdüm, çünki cibimdə o qədər pul yox idi. Restoranda saxladılar məni. Axırda dostumu çağırdım: Gəl biabır olmuşam. Sağ olsun gəldi, yarı-yarıya hesabı ödədik.