Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışda zəncirvari qəza baş verib.
Zirveyolu.info-ın Trend-ə istinadla verdiyi məlumata görə, yarış zamanı üç bolid toqquşub. Belə ki, “BWT Arden” komandasının xanım pilotu Tatyana Kalderon, “Trident” komandasının pilotu Ralf Boşunq və “Carlin” komandasının pilotu Luis Deletrazın idarə etdiyi bolidlər toqquşub.
Hər üç pilot yarışı yarımçıq dayandırmalı olub.
Qeyd edək ki, Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə ikinci yarışa start verilib.
Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 10 komanda birincilik uğrunda mübarizə aparır.