Manşet Şou biznes

Rusiyanın xalq artisti Aleksandr Serovun konserti olub

Aprelin 29-da Heydər Əliyev Mərkəzində Rusiyanın xalq artisti Aleksandr Serovun solo konserti olub.

Open.az xəbər verir ki, konsertdə müğənninin həm populyar hitləri, həm də yeni kompozisiyaları səslənib.

Aleksandr Serov Müslüm Maqomayev, Tom Cons və digər dünyaşöhrətli müğənnilərin repertuarından mahnıları ifa edib. Konsertdə Rusiyanın əməkdar artisti Aleksandr Fedorkov və gənc ifaçılar – beynəlxalq müsabiqlərin laureatları Dmitri Pryanov və Yuliya Kalina da çıxış edib.

Konsert böyük maraqla qarşılanıb.

Aleksandr Serov virtuoz müğənni, instrumental ifaçı, şair, bəstəkar və aranjimançıdır. O, ötən əsrin 80-ci illərində məşhurlaşıb, sevgi mahnıları ilə qəlbləri fəth edib. Aleksandr Serov 40 ildən artıq yaradıcılığı ərzində müxtəlif albomlar yazdırıb. Onun bir çox məşhur mahnılarının bəstəkarı İqor Krutoy olub.

Müğənni Almaniya, Kanada, İsrail və s. ölkələrdə qastrollarda olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir