Tanınmış aparıcı Elgiz Əkbərlə yaxın qohumu arasında qalmaqal yaşanıb.
Zirveyolu.info yenicag.az-a istinadla xəbər verir ki, aparıcı bunu efirdə etiraf edib:
“Elə xəstə insanlar var ki. Uzun illər əvvəl bir insanın hərəkətləri məni dəhşətə gətirdi. Yaxın qohumum idi, mənə paxıllıq edirdi. Açıq-aydın mənə dedi ki, xeyir ola, sən tanınırsan, mən yox? Adam başa düşmür ki, mən nə zülmlər çəkmişəm. Elə bilirlər, rahatca gəlib düşmüşəm efirə. Təzə idim, məni daşlayırdılar. Döyülə-döyülə gəlib bura çıxdım”.
ARB-nin “Səhər-səhər” verilişindən olan görüntüləri təqdim edirik: