Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Sənəddə bildirilir ki, Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin. Mədəniyyət Nazirliyi Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin.