Cari ilin yanvar-mart aylarında paytaxtda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 85,7 milyon manatlıq məhsul istehsal edilib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə metallurgiya sənayesində 25,4 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 21,7 faiz azalma müşahidə olunub.
Ötən ilin yanvar-mart aylarına nisbətən sahə üzrə qara metallardan digər konstruksiyaların istehsalı 28,4 faiz artıb, armaturun istehsalı 0,8 faiz, alüminium çubuqlar, millər və profillər 20,4 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı isə 87,6 faiz azalıb.