Trend Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu iqtisadi rayonda kreditlər üzrə illik faiz dərəcələri martın sonuna 23,5% təşkil edib.
Bu göstəriciyə görə ikinci yerdə Yuxarı Qarabağ iqtisadi rayonu – 23,4%, üçüncü yerdə isə Aran iqtisadi rayonu – 23% qərarlaşıb.
Azərbaycanın iqtisadi rayonlarında kreditlər üzrə orta faiz dərəcələri:.
Azərbaycan üzrə kredit qoyuluşunun ölkə üzrə ümumi orta faiz dərəcəsi 11,8% olub. Bakı şəhəri üzrə bu rəqəm 10 faiz təşkil edib.
Mərkəzi Bankın statistikasına əsasən, Azərbaycanda aprelin 1-nə kredit qoyuluşu 13,06 milyard manat olub.
Kreditləşmənin həcminə görə ən aşağı göstərici Yuxarı Qarabağ iqtisadi rayonunda olub – 51,64 milyon manat.
Digər iqtisadi rayonların kredit qoyuluşu göstəricisi aşağıdakı kimi olub: Dağlıq Şirvan iqtisadi rayonu – 64,56 milyon manat, Gəncə-Qazax iqtisadi rayonu – 498,6 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonu – 176,77 milyon manat, Lənkəran iqtisadi rayonu – 217,29 milyon manat, Şəki-Zaqatala iqtisadi rayonu – 165,67 milyon manat, Naxçıvan iqtisadi rayonu – 101,2 milyon manat.