Uşağın küçüyün qulağını dişləməsi ilə bağlı yayılan video Azərbaycanda çəkilməyib.
Bu barədə “Qafqazinfo”ya məlumat “Toplan” sahibsiz itlərə qayğı Mərkəzindən verilib. Bildirilib ki, sosial şəbəkələrdə yayılmış video Mərkəz tərəfindən araşdırılıb:
“İlkin araşdırma zamanı uşağın itin qulağını dişləməsi və işgəncə verməsi ilə bağlı yayılan videonun Azərbaycanda çəkilmədiyi təsdiqlənib. Videoda əks olunanlar ən azından iki il əvvəl digər ölkə ərazisində baş verib və bununla bağlı Türkiyə mətbuatında, o cümlədən, yutub kanalında 2017-ci ildə məlumatlar yayılıb.
Mərkəz sahibsiz itlərin sayına nəzarət etmək, onların küçələrdən toplanması və vaksinasiya edilərək sağlamlaşdırılması ilə yanaşı, əhali arasında sahibsiz itlərlə davranma üzrə müvafiq sosial maarifləndirmə işləri də aparır. Bu çərçivədə məktəblilərin “Toplan” Mərkəzinə ziyarətləri təşkil olunur, burada aparılan işlər barədə, küçədə sahibsiz itlərə rastaşdıqda necə davranmaları üzrə məlumatlar verilir”.
[media=https://youtu.be/Lhn8MgAqHHo]