Ukrayna Daxili İşlər Naziri Pavel Klimkin yeni prezident Vladimir Zelenskinin inaqurasiyasından sonra istefa verəcəyini açıqlayıb.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Klimkin bəyan edib ki, Zelenski öz komandasını formalaşdıran kimi o, vəzifəsini tərk edəcək.
Vladimir Zelenskinin onun istefa ərizəsini qəbul edib-etməyəcəyi sual altındadır.
Xatırladaq ki, V. Zelenski 21 aprel prezident seçkilərində 73,23 faiz səslə qələbə qazanıb. Aprelin 30-da Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) Zelenskini prezident seçkilərinin qalibi elan edib. Mayın sonlarına qədər onun inaqurasiyası keçirilməlidir.