İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsədə onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə – bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.
Heydər ƏLİYEV
Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, təcrübəli dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilib. XX əsrin 70-80-ci illəri Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarixi zaman kəsiyidir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Ümummilli Lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib. Onun Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb. Bu nailiyyətlər o vaxt hakimiyyətdə olan Ümummilli Liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olub.
Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.
“Əsrin müqaviləsi” Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. İlk dəfə hesablanmış çıxarılabilən neft ehtiyatı 511 milyon ton olmuş, sonralar qiymətləndirici quyuların nəticələrinə görə bu ehtiyat 730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.
70-80-ci illərdə Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə “Azərbaycan” kranı, “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
Eyni zamanda neftayırma zavodlarının yenidən qurulmasına başlandı. “Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması” planı mərhələlərlə icra olunduqca, bu sahədə başlanan keyfiyyət dəyişiklikləri də genişlənərək dərinləşirdi. Məsələn, 1976-cı ildə “ELOU-AVT-6”, 1980-ci ildə “Katalitik Riforminq”, 1986-cı ildə “Neftin kokslaşdırılması”, 1993-cü ildə “Katalitik Krekinq” qurğularının inşası, hələ sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə respublikamızda görülən digər işlər, yaradılan möhkəm təməl bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına imkan yaratmışdır.
Bu dövrdə Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrıldı, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olundu (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu).
Azərbaycan müstəqillik əldə etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. SSRİ-nin keçmiş respublikaları ilə Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin qırılması, respublika ərazisində qeyri-sabitliyin mövcud olması, maliyyə və texniki təchizatın sıfra enməsi neft və qaz sənayesinin ağır böhran vəziyyətinə salmışdır. Bütün bu çətinliklər maliyyə, texniki və digər problemlər aşkar edilmiş “Azəri”, “Çıraq”, “Günəşli” kimi yataqların işlənməsinə imkan vermirdi. Neft sənayesində yaranmış çətin vəziyyətdən çıxmaq və ölkəmizin karbohidrogen ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi. Ya 15-20 il ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin əlverişli olmasını gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək lazım idi. Heydər Əliyev xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və “Yeni neft strategiyası” tez bir vaxtda işlənib hazırlandı. O dövrdə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. 1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə “Məhsulun Pay Bölgüsü” sazişi – “
Əsrin müqaviləsi” imzalandı.
“Yeni neft strategiyası”nın nailiyyətlərinin aşağdakı istiqamətlərdə reallaşdığını göstərmək olar:
1. Azərbaycanın, neft-qaz layihələrinə beynəlxalq neft korporasiyalarının, bütövlükdə xarici işgüzar dairələrin, iri investisiyaların cəlb edilməsi hesabına dünyanın enerji daşıyıcıları bazarına sürətlə çıxışın təmin edilməsi;
Bütövlükdə “Əsrin müqaviləsi”ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır.
Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə təxminən 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur ki, bu da respublikamızın gələcək inkişafının əsl qarantıdır.
2. Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün ixrac boru kəmərləri sisteminin yaradılması;
H.Əliyev hər iki neft kəmərinin çəkilməsi qərarını verdi. İlkin neft layihəsinin həyata keçirilməsi və onun dünya bazarına ixracı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarındakı işlərin intensivləşməsinə və Azərbaycanın karbohidrogen resurslarının işlənməsinə yeni investisiyaların cəlb edilməsi üçün şərait yaratdı.
“Əsas İxrac Neft Kəməri”nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmış və sonradan isə Türkiyə, Azərbaycan və Gürcüstan Parlamentləri bu Müqaviləni ratifikasiya etmişlər. 2002-ci ilin sentyabrın 18-də Bakıda,
Gələcəkdə bu kəmər nəinki Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verəcəkdir, həmçinin “İpək yolu”nun və türkdilli ölkələrin də əsas magistral kəməri olacaqdır.
3. Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsi;
Bu məqsədlə 1999-cu il dekabrın 29-da sabiq prezident Heydər Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” fərman imzalamışdır. Dövlət Neft Fondu fəaliyyətə başlayandan indiyə qədər bu fonda bir neçə milyard ABŞ dolları məbləğində vəsait daxil olmuşdur.
4. Yeni neft strategiyasının həyata keçirilməsinin nailiyyətlərindən biri də Qərbin qabaqcıl texnika-texnologiyasının Azərbaycana gətirilməsidir;
Xüsusilə tikintidə və yataqların işlənilməsində, qazımada və istismarda tətbiq olunan yeni texnika, texnologiya və avadanlıqlar neft sənayesinə pozitiv təsir göstərmişdir. Azərbaycanda ilk dəfə olaraq Mərkəzi Azəri yatağında 48 quyunun qazılmasına imkan verən nəhəng və əzəmətli dərin dəniz özülü tikilib qurtarmaq üzrədir. Texniki baxımdan dünya miqyasında ən iri terminallardan biri Səngəçal terminalıdır və burada genişləndirmə ilə əlaqədar çoxlu obyektlər tikilmişdir. Səngəçal terminalına Azəri yatağından gələn 186 km-lik 800 mm sualtı neft və 187 km-lik 720 mm sualtı qaz kəmərləri tikilmişdir. Azərbaycanda yuxarıda adları çəkilən nəhəng tikililərin aparılmasında, onların başa çatdırılmasında “
Tekfen“, “
Azfen“, “
Makdermot” və s. müəssisələrin rolu böyükdür. Azərbaycanda neft-qaz sektorunda fəaliyyət göstərən xarici şirkətlərdə, firmalarda 17 mindən artıq Azərbaycan vətəndaşı işləyir. Bunlardan
Azəri-Çıraq-Günəşlidə bilavasitə çalışanların sayı 9500 nəfər təşkil edir.
Azərbaycan malik olduğu neft potensialı hesabına neftin hasilatını 2010-cu il üçün 40-45 milyon tona çatdıracağı proqnozlaşdırılır. Saziş dövründə işlənmədən ümumi gəlirin 100 mlrd. ABŞ dollarına qədər olacağı proqnozlaşdırılır. Yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ideyasının meydana qoyulması və onun reallığa çevrilməsidir.
Vaqif Məmişov
Xaricdə yaşayan Azərbaycanlı iş adamı