Dünya Manşet

Yer kürəsi şiddətli zəlzələlərlə ÇALXALANIR: Yaponiya və Qazaxıstan eyni anda…

Hollandiyalı alim Frenk Huqerbitsin son proqnozu da özünü doğruldub.
Publika.az xəbər verir ki, bu gün səhər saatlarında Yaponiya və Qazaxıstanda şiddətli yeraltı təkanlar qeydə alınıb.
Belə ki, Yaponiyanın Kyuşu adasının cənub-şərqində 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yerin 20 kilometr dərinliyində olub.
Qazaxıstanda isə yeraltı təkanlar Almatı vilayətində baş verib. Şəhərin 356 kilometr şimal-şərqində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Qeyd edək ki, Fren Huqerbits Yer kürəsində 8 baladək zəlzələlərin baş verəcəyini açıqlayıb. Onun bütün proqnozları bugünədək doğru çıxıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir