Dünya Manşet

Avropa ABŞ-a qarşı İrana niyə dəstək verir? – TƏHLİL

Bəzi Avropa ölkələri ABŞ-ın nüvə silahına görə İrana tətbiq etdiyi sanksiyalara tam dəstək vermirlər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Avropa ölkələrinin İranın nüvə müqaviləsini pozduğuna görə ABŞ-ın tətbiq etdiyi sanksiyalara dəstək verməməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Avropa ölkələri bu məsələdə ABŞ-ın yanında olmalıdır:

“Rəsmi Tehran heç bir halda kompromisə getmədiyi üçün bu məsələ gərginləşir. Üstəlik, Avropa ölkələrinin İranı gizli şəkildə dəstəkləməsi iki ölkə arasındakı gərginliyi artırır. Avropanın bu məsələdə maraqları haqqında danışmaq çətindir. Avropa İrandan neft alışını rahatlıqla dayandırıb, başqa bir ölkədən ala bilər. Bəlkə də Avropanın məqsədi ABŞ-ı və NATO-nu İranla müharibəyə sövq etməkdir. Lakin bu, çox zəif ehtimaldır. Müharibə olarsa, bundan Avropa dövlətləri də ziyan görəcək. Ona görə də hesab edirəm ki, Avropanın belə bir niyyəti yoxdur. Əksinə, onlar məsələni sülh yolu ilə həll eləməyə çalışırlar. Bu günə qədər NATO çox ağılla hərəkət edir və dünyanın əsas güc sahibi olaraq mövqeyini qoruyub saxlayır, bütün dünyada öz siyasi maraqların həyata keçirə bilir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir