Dünya Manşet

Qəpikləri yığışdırırlar

Rusiya Mərkəzi Bankı keçən il dəyəri 1 rubldan aşağı olan dəmir pullar dövriyyəyə buraxmayıb. Beləcə, qəpiklər sıradan çıxarılır.

Anews.az xəbər verir ki, Mərkəzi Bank inflyasiyaya görə dəmir pul istehsalını mənasız sayır. Buna görə də keçən il dövriyyəyə xırda pullar çıxmayıb.

Mərkəzi Bankın hesabatına görə, əhalidə təxminən 6,6 milyard rubla yaxın qəpik var.
Təkcə 1 qəpikliklərin həcmi 72,8 milyon rubldur.Hələ 2012-ci ildən Rusiyada 1 və 5 qəpikliklər istehsal olunmur. Çünki dəmir pulun maya dəyəri dəfələrlə çoxdur. 2010-cu ildə 1 qəpiklik 47, 5 qəpiklik isə 69 qəpiyə başa gəlirdi.

Rusiya əhalisinin əlində dəmir pullardan daha çox 50 qəpiklik var. Ruslardakı 3,6 milyard rubl bu pulla saxlanılır.
Mərkəzi Bank məsələ ilə bağlı bəyanat yayıb. Burada qəpiklərin dövriyyədən çıxarılmadığı xəbərdarlığı verilir.(bizimyol.info)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir