İddialara görə, plakatla şəkil çəkdirənlər idmançıdırlar və Gənclər və İdman Nazirliyinin xətti ilə ölkəmizə gəlibər
Anews.az bildirir ki, Gənclər və İdman Nazirliyin mətbuat katibi Samayə Məmmədova yayılan şəkillə bağlı Modern.az a açıqlama verib.
“Keşikçidağ” məbədi (gürcülər onu David Qareci kilsəsi adlandırılar) Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.
Məbədin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. “Keşikçidağ” məbədi qədim alban mənşəli olduğu halda gürcü mənbələri onun tarixən gürcü pravoslav kilsəsinə tabe olduğunu iddia edirlər.