İrəvanda hökumət binası təcili təxliyə edilib.
Anews.az “newsarmenia” portalına istinadən xəbər verir ki, buna səbəb Fövqəladə Hallar Nazirliyinə hökumət binasına partlayıcı qurğunun yerləşdirilməsi barədə məlumatın daxil olmasıdır.
Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ərazidə itlərin köməyi ilə axtarışlar aparılır.