Suriyanın Hələb şəhərində hərbi aerodromun yerləşdiyi Neyrab qəsəbəsinin terror qruplaşmaları tərəfindən artilleriya atəşinə tutulub.
Sonxeber.az xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb.
Qeyd edək ki, Suriya ordusu mayın 6-da başlayan hərbi əməliyyat zamanı Həma əyalətinin şimalında yerləşən bir neçə yaşayış məntəqəsini azad edib, həmçinin Kalat əl-Mudik və Kafr-Nabuda kimi mühüm strateji yaşayış məntəqələrini ələ keçirib.