Cəmiyyət Manşet

“Şərəfsiz toyuqsatan” – Bakı məktəbində dava düşdü – VİDEO

Bakının Nizami rayonundakə 109 nömrəli məktəbində xoşagəlməz hal baş verib.

İntihara cəhd edən V sinif şagidi Fatimə Əliyevanın atası Şamxal Əliyev 109 nömrəli məktəbə gedərək müəllimləri ittiham edib.

Bu zaman məktəbin müəlimləri ilə qızın valideynəli arasında dava düşüb.

F.Əliyevanın atasının adıçəkilən məktəbdə olması və məktəbdə müəllim işləyən Kərimova Gülnazla mübahisə etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Həmin görüntülərdən aydın olur ki, müəllim şagirdin valideynini təhqir etməkdən belə çəkinmir.

Xatırladaq ki, müəllimlərin təzyiqinə görə intihara cəhd etdiyi deyilən 109 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi F. Ə.-nin müəllimləri danışıb. Onlar bildiriblər ki, haqlarında səsləndirilən ittihamlar tam yanlışdır. Şagirdin Azərbaycan dili və ədəbiyyat müəllimi və sinif rəhbəri olan Bahar Haqverdiyevanın sözlərinə görə, şagirdinin bu hərəkəti onun üçün gözlənilməz olub.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir