Cəmiyyət

Azərbaycana aid neft maşını partladıldı – XƏSARƏT ALANLAR VAR – VİDEO

Türkiyədən yanacaq daşıyan Azərbaycana məxsus yük maşını Naxçıvan Muxtar Respublikası arasında yerləşən Dilucu Gömrük Məntəqəsinin dayanacağında partladılıb.
Unikal.org xəbər verir ki, hadisə nəticəsində bir gömrük əməkdaşı xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Türkiyə KİV-nin yaydığı məlumatda bildirilir ki, yanğın İran tərəfindən Türkiyə Dilucu Gömrük dayanacağına terrorçuların açdığı atəş nəticəsində baş verib.
Belə ki, Naxçıvana keçmək üçün növbə gözləyən Azərbaycan dövlət nömrə nişanlı neft daşıyan yük maşınına atəş açılıb. Türkiyənin bəzi informasiya agentlikləri yük maşının maye qaz daşıdığı haqqında məlumat yayırlar. Nəticədə yük maşını tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə hərbçilər, yanğın söndürən və təcili yardım briqadası cəlb edilib.
Baş verən yanğınla bağlı ətraflı açıqlama verilmir.

[media=https://youtu.be/1BgvYq_EQG4]

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir