İdman Manşet

Bütün voleybol sevərləri adından Cəlil Cəfərovu təbrik edir və gələcək işlərində uğurlar arzu edirik

 

Azərbaycan Voleybol Federasiyasının Prezidenti C. Qurbanovun və AVF rəyasət heyətinin qərarı ilə qurumun baş katibi Elşən İsmayılov vəzifəsindən azad edilib. Bu posta Cəlil Cəfərov təyin olunub.

“Rabitə” və “Telekom” klublarının sabiq  prezidentinin Azərbaycan Voleybol Federasiyasının Baş katib vəzifəsinə seçilməsi ölkəmizdə voleybol idman növünün daha da inkişaf etdirilməsi üçün məqsədə uyğun hesab edilmişdir. C. Cəfərov Azərbaycan voleybol sevərlərinə yaxşı tanış simadır. O, “Rabitə” komandası ilə 8 dəfə Azərbaycan çempionu olmaqla yanaşı, bu kluba Çempionlar Liqasının, CEV kubokunun həmçinin klublararası Dünya çempionatının qızıl və gümüş medallarını qazandırıb. Bununla yanaşı, “Telekom” komandası da Azərbaycan Super liqasında öz sözünü demiş və milli komandamızın heyətinin genişləndirilməsinə öz töhvələrini vermişdir.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir