Sabirabad rayonunda doğuş zamanı əkiz körpələrdən biri ölüb.
Zirveyolu.info xəbər verir ki, bu barədə “Report”un Aran bürosuna uşağın atası Elvin Əsədov məlumat verib.
Onun bildirdiyinə görə, Ağdərə sakini olan, hazırda Sabirabadın Nizamikənd kəndində müvəqqəti məskunlaşan həyat yoldaşı, 1997-ci il təvəllüdlü Əsədova Mülayim Bariz qızı Sabirabad Rayon Perinatal Mərkəzinə daxil olub.
Qeysəriyyə əməliyyatı zamanı doğulan əkiz körpələrdən biri ölüb.
E.Əsədov əkizlərdən birinin ölümünə səbəb kimi həkim səhlənkarlığının olduğunu iddia edir.