Zirveyolu.info bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində bu fikirlər yer alıb. Təhlildə Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın bir-birilərini kəskin tənqid etmələri qeyd edilib:
Təhlildə Paşinyanın daima Qarabağa səfərlərinin də nəticə vermədiyinə diqqət çəkilib:
2020-ci ildə Dağlıq Qarabağda “prezident seçkisi” keçiriləcək. Bako Saakyan namizəd olmayacağını bildirib. Deməli, “prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda “prezident” seçilməsini istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər azdır. İkinci qüvvə Qarabağ klanı ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. Onlardan birinin Dağlıq Qarabağın “prezident”İ seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Köçəryanı və ya Serj Sərkisyanı gətirməyə çalışsınlar”.
Təhlildə qeyd edilib ki, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır:
“Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı “Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə, bu, Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanının” çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir”.(redaktor)