Dünya Manşet

Gürcüstan müsəlmanları Saakaşvilinin üzr istəməsini tələb etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili  ölkənin müsəlman gürcülərin yaşadığı  Xulo bölgəsinin sakinlərini təhqir edib.
Moderator.az-ın Dağıstan mediasına istinadla verdiyi xəbərdə belər deyilir. Saakaşvili bildirib ki, rayon sakinləri heç bir incəsənət qalereyasına ehtiyac duymur və hətta onu psixiatrik xəstəxanalarla müqayisə edirlər. O, həmçinin yerli siyasətçilərdən birini təhqir edərək onu “deqradasiyaya uğramış” və “pis qoxuyan” adlandırıb.
Sabiq prezidentin belə bəyanatları rayonda qəzəb dalğasına səbəb olub. Gürcüstan Müsəlmanları İttifaqının rəhbəri Tariel Nakaşidze bildirib ki, Saakaşvili bu  sözləri ilə, dağlıq Xulo bölgəsinin sakinlərini təhqir edib. “Belə çııxır ki, o, rayon sakinlərini “geridə qalmış və daha az mədəniyyətli” hesab edir”- deyən Nakaşidze eks-prezidentdən gürcü müsəlmanlardan üzr istəməsini tələb edib. Saakaşvili isə bunun üçün  hələ tələsmir.
Sultan Laçın
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir