Prezidentin keçirdiyi son müşavirədə kənd təsərrüfatı naziri İnam Kərimov bir sıra problemləri dilə gətirdi.
Nazir nümayiş etdirdi ki, çətinlikləri açıq şəkildə deməkdən çəkinmir, reallığı danışır, dövlət başçısını agah edir, heç nəyi gizlətmir.
Cahan.info xəbər verir ki, İ.Kərimov nazir təyin olunduğu dövrdən bu yana 1 il ərzində yetərincə özünü təsdiqləyib, müəyyən addımlar atıb.
KTN rəhbəri postunda ona göstərilən etimad doğrulmaqdadır. Lakin bir şərtlə nazirlikdə bəzi anti – islahatçılar, köhnə status – kvo tərəfdarı olanlar İ.Kərimovun işinə mane olmasalar…
Onlar hələ də İsmət Abbasovun, Heydər Əsədovun “ənənələri”nin yaşatmaq arzusundadırlar. Belələrindən birinin adı mediada daha çox hallanır.
İddialara görə, söhbət sabiq MTN şefi Eldar Mahmudovun və sahibkarlara “qan udduran” MTN-çi iş adamı “Akul Akif” kimi tanınan Akif Mustafayevin şəriklərindən biri – Aydəm İsmayılovdan gedir.
A.İsmayılov “Green Park Azərbaycan” MMC-nin direktoru vəzifəsində çalışsa da, gözləntiləri doğrultmur. Üstəlik, iddialar səslənir ki, İ.Kərimovla bağlı xoşagəlməz dezinformasiyaların mediaya sızmasında onun marağı var. Bu marağın nədən ibarət olması mediada gedən yazılarda açıqlanmır.
Lakin faktdır ki. A.İsmayılov kifayət qədər qalmaqallı fiqurdur ya da onu gözü götürməyən qüvvələrin ictimai rəyə yürütdüyü fikirlərdir.
Mediada gedən xəbərlərə görə, nazirdən istədiyi vəzifəni ala bilmədiyi üçün Aydəm İsmayılov İnam Kərimova və Anar Hüseynova qarşı qara piar kampaniyasına başlayıb.
Belə ki, İnam Kərimov Aydəm İsmayılova istədiyi vəzifəni vermir. İddia olunur ki, Aydəm İsmayılov “Green Park Azərbaycan” MMC -nin direktoru təyin edilsə də iş yerinə getmir.
İş adamı bütün gününü Kənd Təsərrüfatının yerləşdiyi Hökümət Evinin yaxınlığındakı restoranında keçirir. “Green Park Azərbaycan” MMC-nin əsas ofisi Aydəm İsmayılova məxsus restoran olaraq bilinir.
Məlumatda qeyd edilir ki, son aylar Aydəm İsmayılovun tərifləndiyi və onun adına yazılan müsbət analitik “məqalələrin” dərc edildiyi media orqanlarında nazir İnam Kərimovun davamlı olaraq vurulması heç də təsadüf deyil.
Nazir İnam Kərimova və “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynova qarşı son zamanlar təşkil edilən media hücumlarının arxasında kimlərin dayanması da maraq doğurur.
Yada salaq ki, “EURO TİKİNTİ” MTK-nın sədri Nəsimi Sadıqov criminal.az saytına açıqladığı məlumatda A.İsmayılovun yüksək vəzifəli dövlət məmurları, generalların adından istifadə edərək külli miqdarda pulu mənimsədiyi iddia olunurdu.
N.Sadıqov ”Marriot” hotelində A.İsmayılov və ”Akula Akif” arasında özünün də iştirak etdiyi görüşün detallarını açıqlamışdı: “Aydəm İsmayılov mənim əmlakımı Akula Akifin gücündən istifadə edərək ələ keçirib.
Aydəm İsmayılova etiraz edəndə isə MTN-lə hədə-qorxu gələrək, başıma qara torba keçirilib aparılacağı ilə hədələyirdi. Aydəm İsmayılovla Akula Akifin görüş yerlərindən biri Marriott idi.
Hansı ki, Aydəm İsmayılovun ofis kimi və eləcə də cinayət əmələrini həyata keçirmək üçün görüş yerinə yaxında keçmiş Bakı Ayaqqabı Fabrikasının ərazisi yerləşir.
Orda yüngül həyat keçirənlər üçün otel və Aydəmin cinayət əmmələrini həyata keçirmək üçün istifadə etdiyi, tabeliyində olan Azərbaycan Beynəlxalq Mühafizə şirkəti yerləşir. Aydəm İsmayılov Akula Akiflə görüşlərinin birinə həmin qorxutmaq üçün məni də çağırır.
Akula məndən soruşur ki, bilirsən ki, Aydəm mənim şərikimdi? Mən ”hə” cavabı verdim. Akula mənə dedi ki, get sənədləri (müqavilələri) yaz ver Aydəmə.
Yoxsa sən və nəsilin MTN də çürüyəcəksən. Bundan sonra 3 000 000 dollardan çox əmlakı pul ödənilmədən Aydəm İsmayılovun adına yazaraq müqavilə ilə verdim”. Bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.