ABŞ prezidenti Donald Tramp 2018-ci ildə 434 milyon dollar gəlir əldə edib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Xəbərə görə, prezidentə aid Vaşinqtonda yerləşən “Trump International Hotel”dən 40,8 milyon dollar əldə olunub.
Floridadakı “Mar-a-Lago Hotel”i isə Trampa 22,7 milyon dollar qazandırıb. Bununla yanaşı, Donald Trampın 315 milyon dollar borcu var.
Prezidentin 2018-ci il üzrə gəliri 2017-ci ildə qazandığından 15 milyon dollar azdır.