Taleh Azay oğlu Qaraşovun ad günüdür. Taleh Qaraşovun 60 yaşı tamam olub. Bu münasibət ilə redaksiyamiz adinan Taleh Qaraşovu təbrik edirik, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür.
Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Taleh Azay oğlu Qaraşovdur.
Taleh Qaraşov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Taleh Qaraşov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiq adamdır.
Taleh Qaraşov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır! Taleh Qaraşov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Təsadüfi deyil ki bu yaxınlarda Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bizdə öz növbəmizdə Taleh Qaraşova möhkəm can sağlığı və içlərində uğurlar arzu edirik.
Zirveyolu.info