Ukraynanın yeni prezidenti Vladimir Zelenski rəsmən səlahiyyətlərinin icrasına başlayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, o, Ukrayna Konstitusiyasına və “İncil”ə and içib.
“Mən Ukrayna Konstitusiyası və qanunları əsasında səlahiyyətlərimin icrası zamanı Ukrayna vətəndaşlarının mənafeyindən çıxış edəcəyimə and içirəm”- deyə Zelenski deyib.
Zelenski “Mən 8-ci buraxılış Ali Radanın buraxıldığını elan edirəm”- deyə bəyan edib.
Zelenski hökuməti istefaya səsləyib. Bundan başqa, o, Radanın deputatlarından deputat toxunulmazlığının aradan götürülməsini istəyib.
Yeni prezident ilk addımı olaraq Ali Radanın buraxılması barədə qərar verib.