“Arsenal”ın rəsmi saytı erməni futbolçusu Henrik Mxitaryanın Bakıya gəlməyəcəyini açıqlayıb.
London təmsilçisi bu qərarı onun ailəsi ilə müzakirədən sonra qərar verib:
“Mxitaryan və ailəsi ilə müzakirə apardıq. Onun Bakıya gəlməməsi haqqında qərar verdik”.
Qeyd edək ki, “Arsenal” Avropa Liqasının finalı çərçivəsində mayın 29-da Bakı Olimpiya Stadionunda “Çelsi” ilə qarşılaşacaq. Qarşılaşma saat 23:00-da start götürəcək. (Qafqazinfo)