Belarusda təlim-məşq toplantısı keçirən voleybol üzrə qadınlardan ibarət milli komandamız bu gün Belarus millisi ilə yoldaşlıq görüşü keçirib. Görüş 2-2 hesablı bərabərliklə sona çatmışdır. Hazırlıqlar ərəfəsində komandamız Belarus millisi ilə daha bir yoldaşlıq görüşü keçirəcək. 26 may tarixində isə yığma komandalar “Qızıl Avro Liqa” yarışında qarşılacaqlar.
Qeyd edək ki, bu yoldaşlıq görüşü milli komandamızın baş məşqçisi Giovanni Capraranın rəhbərliyi ilə keçən ilk yoldaşlıq görüşü idi.